
Qəzaya uğrayan Türkiyə təyyarəsində neçə nəfər olub?
Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.
"Qəzaya düşən təyyarəmizin göyərtəsində uçuş heyəti də daxil olmaqla 20 nəfər şəxsi heyət olub. Axtarış-xilasetmə işləri davam edir", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl Gəncədən qalxan Türkiyəyə məxsus hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb./axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi












Bu xəbər üçün şərh yazın