Qırğızstan Qazaxıstana hərbçi göndərməkdən imtina etdi

Qırğızstan Qazaxıstana hərbçi göndərməkdən imtina etdi - "Qazax xalqı bizə nifrət edər..."

Kollketiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərdiyi sülhməramlıların sayı açıqlanıb.

AzPolitika.info  Rusiya mətbuatına istinadən xəbər verir ki, 3770 hərbçinin daxil olduğu kontingentdə ən çox hərbçi Rusiya ordusuna məxsusdur - 3000 nəfər. İkinci yerdə 500 hərbçi ilə Belarus, Tacikstan 200, Ermənistan isə 70 hərbçi ilə sonuncu yeri tutur.

KTMT-nin üzvü olan Qırğızıstan isə Qazaxıstana hərbçi göndərməkdən imtina edib. Qırğızıstan Prezidenti Sadır Japarovun mətbuat katibi bildirib: "Qazaxıstandakı etirazçılara qarşı hərbçi göndərməyəcəyik. Hərbçiləri göndərəriksə də bu humanitar xarakterli ola bilər".

Sosial Demokratlar partiyasının sədri Temirlan Sultanbekov də hökumətin bu qərarını dəstəkləyib: “Allah eləməsin, sabah Qazaxıstanda əsgərlərimiz ölsə bu, Nazarbayev-Tokayev üçün baş verəcək?! Mitinglər dayanmasa, əsgərlərimiz qardaşlarımızı güllələməyə məcbur olacaqlar?! Siz başa düşürsünüz ki, ölkəmizə qardaş Qazaxıstan xalqı nifrət edə bilər?! Biz tələb edirik ki, ictimai rəy nəzərə alınsın və qoşunlarımızdan heç vaxt qardaş xalqa qarşı istifadə olunmasın. Bunun əvəzinə mümkün qayğı göstərmək üçün Qırğızıstandan ən yaxşı cərrahları və digər həkimləri Qazaxıstan xəstəxanalarına göndərin!”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi