Quba RİH-in rəhbəri xarici qonaqları qəbul edib-

Quba RİH-in rəhbəri xarici qonaqları qəbul edib- - FOTOLAR

15 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin “Beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması” layihəsi çərçivəsində Kanada İcmalar Palatasının üzvü Çandra Arya (Chandra Arya) Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasının nəşriyyat direktoru Ron İst (Ron East) , Kanadanın paytaxtı Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyeva və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fidan Rüstəmzadə Quba rayonuna səfər edib.

Faktinfo.az-a verilən məlumata görə,qonaqlar Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşüb.Görüş əsnasında rayon rəhbəri ölkəmizin inkişafı, əldə olunan naliyyətlər,30 illik düşmən işğalına son qoyularaq torpaqlarımızın işğaldan azad olunması,Qubanın tarixi, rayondakı multikultural və tolerant mühit, müxtəlif xalqların əsrlər boyu mehriban bir ailə kimi birgə yaşayışı, rayonun adət-ənənələri,son illərdə rayonda görülmüş işlər haqqında geniş məlumat verib.

Görüşdən sonra qonaqlar Quba Soyqırım Memorial Kompleksini, daha sonra isə Dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbəni, buradakı sinaqoqlar və Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyini ilə tanış də tanış olublar.

Quba RİH-in rəhbəri xarici qonaqları qəbul edib-Quba RİH-in rəhbəri xarici qonaqları qəbul edib-Quba RİH-in rəhbəri xarici qonaqları qəbul edib-Quba RİH-in rəhbəri xarici qonaqları qəbul edib-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi