Qubad İbadoğlu: “Rusiya Qarabağda Osetiya varinatını tətbiq edir”

Qubad İbadoğlu: “Rusiya Qarabağda Osetiya varinatını tətbiq edir” 

“Rusiya Qarabağda Osetiya varinatını tətbiq edir”.

Bunu ekspert Qubad İbadoğlu deyib.

 Q.İbadoğlu bildirib ki, Rusiya nəzarət dairəsini  genişləndirmək üçün münaqişə ocağı yaradır: “Şəhidlərimizin qanı və canı bahasına azad edilən torpaqları da əlimizdən alıb, post qurur, yeni əraziləri nəzarətə götürmək üçün əraziyə əlavə qoşun yeridirlər və ömürlük məskən salırlar. Bütün bunları bilmək üçün nə alim, nə də siyasətçi olmaq lazım deyil, sadəcə rusların xislətinə bələd olmaq kifayət edir.

 

Çıxış yolu nədir?

 

1) Rus "sülhməramlıları"nın qanunsuz hərəkətlərinə və özbaşınalığına  qarşı mövqe qoyulmalıdır, ictimai-siyasi təşkilatlar  etirazlar bildirilməlidir, bu mövqeni bölüşən hər kəs "Ruslar Qarabağı tərk etməlidir" müraciətinə qoşulmalıdır.

 

2) Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik müqaviləsi imzalanmalı, Bakı-Ankara Hərbi İttifaqı yaradılmalı, türk silahlı qüvvələrinin Qarabağda hərbi bazaları yaradılmalıdır.

 

3) Hakimiyyət xalqa mövcud vəziyyətə dair müntəzəm açıqlamalar və izahatlar verməlidir. Xalq hakimiyyət birliyi qorunmalı, hakimiyyət yalnız xalqa və Türkiyəyə arxalanmalıdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi