“Qurani-Kərim”in haram buyurduğu qumar:

“Qurani-Kərim”in haram buyurduğu qumar: "Poz, qazan” və digər qumar oyunlarının aludəçiləri tövbə edərək bundan uzaqlaşmalıdırlar” – Elşad Miri

“Müxtəlif qumar oyunlarının son zamanlar daha geniş yayıldığı doğrudur.

Təəssüf ki, cəmiyyətin bəzi üzvləri öz xəyallarına, arzuladıqları həyata asan formada çatmaq üçün "Poz, qazan" ani lotoreya və "Topaz" mərc oyunlarına qurşanırlar. Bu, İslamın müqəddəs kitabı olan “Qurani-Kərim”də də haram buyurulub. “Qurani-Kərim”in “Maidə” surəsinin 90-cı ayəsində qeyd edilir ki, iman gətirənlər üçün içki, qumar, bütlərə sitayiş və onlara qurban kəsmək şeytan işi və pislikdir. Bunlardan çəkinin ki, xilas olasınız”.

 Bunu Pravda.az-a açıqlamasında dini məsələlər üzrə ekspert Elşad Miri deyib.

 E.Miri qeyd edib ki, qumar oyunlarından mütləq çəkinmək lazımdır: ““Nisa” surəsinin 29-cu ayəsində isə deyilir ki, qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla, mallarınızı öz aranızda haqsız yerə yeməyin, bir-birinizi bu şəkildə məhv etməyin, Allah sizə qarşı rəhmlidir. Ona görə də “Poz, qazan” ani lotoreyasının geniş təbliğinin əleyhinəyəm. İnsanların gözlərini açmaq, onları belə qumar oyunlarından çəkindirmək lazımdır. Allah deyir ki, insan qadağan edilmiş böyük günahlardan çəkinərsə, Allah onun təqsirindən keçər. Hesab edirəm ki, qumar oyunlarının aludəçiləri tövbə edərək belə oyunlardan uzaqlaşmalıdırlar. Alın təri, əmək və sərmayə olmayan yerdə nəyisə pozmaqla və yaxud da başqasının malını ələ keçirməklə gəlir əldə etmək olmaz. Həmin gəlir halal deyil, çünki qumar oyunlarında oynadan oynadılandan qazanır”./Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi