"Qurunt sularının səviyyəsi aşağı düşüb,suvarılmasa ağaclar quruyacaq"-Xanəhməd Əsgərov

"Qurunt sularının səviyyəsi aşağı düşüb,suvarılmasa ağaclar quruyacaq"-Xanəhməd Əsgərov +VİDEO

"Bakı şəhərində ağaclarda quruma halını planetdə baş verən xəstəliklə əlaqələndirmək düzgün deyildir.

Şam ağacının tərkibində efir yağı olduğundan göbələk və bir çox xəstəliklərə tutulmur. Əksinə şam ağacları bir çox mikrobları zərərləşdirir, ətrafa fitonsidlər buraxır. Abşeron yarmadasında əsasən də, Bakı şəhərində quruyan ağacların əsas səbəbi, normal suvarmanın tətbiq edilməməsi, budama işlərinin aqrotexniki qaydalar gözlənilmədən aparılması və bu zaman gövdənin həddən ziyadə budanması səbəbindəndir."-deyən,Xanəhməd Əsgərov bu dəfə XURAL TV-nin  qonağı olub.Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində müxtəlif vəzifələrdə çalışmış, təcrübəli alim – aqronom canlı yayımda tanınmış jurnalist Əvəz Zeynallı ilə söhbəti zamanı maraqlı açıqlamalar verib.O, bildirib ki, şam ağacları suvarılmadığına görə,suyu saçaq gövdədən qəbul edə bilmirlər.Ağacların su qəbul etməsi üçün ümid qalır mil kökə.Abşeron yarmadasında qurunt sularının səviyyəsi aşağı düşdüyündən artıq şam ağacları mil köklərindən üzərindən də su qəbul edə bilmədiyindən ağaclarda qruma prosesi başlayıb.Belə gedərsə bir neçə ilə şam ağaclarında kütləvi quruma halı olacaqdır ki,Bakı şəhərində ekoloji tarazlığı tənzimləmək çətin olacaqdır.Həmçinin,Xanəhməd Əsgərov Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində və Quyular İdarəsində baş verən korrupsiya hallarından da bəhs edib.

Faktinfo.az Xural TV-yə istinadən xəbər verir ki, aşağıdakı VİDEONU izləməklə BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyində baş verən neqativ hallarla tanış olmaq olar.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi