BAKIDA 3000 MİNDƏN ÇOX ŞAM AĞACININ UTİLİZASİYAYA MƏRUZ QALMA SƏBƏBİ:

BAKIDA 3000 MİNDƏN ÇOX ŞAM AĞACININ UTİLİZASİYAYA MƏRUZ QALMA SƏBƏBİ: Xəstəlik, yoxsa...

Bakı şəhərinin bir çox ərazilərində 20-30 il əvvəl əkilmiş bir çox şam ağaclarının quruması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin açıqlamalarına münasibət bir mənalı qarşılanmayıb.

Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun iştirakı ilə alim və mütəxəssislərdən ibarət heyyət bir sıra görüşlər keçirib. Yekunda şam ağaclarının qurumasını planetdə baş verən hadisə kimi qəbul edən mütəxəssislərin yekun rəyinə görə, Bakının Səbail, Mərdəkan və digər ərazilərində saralmış və qurumuş 3000 mindən çox şam ağacının utilizasiya prosesinə başlanılıb.

Ötən gün isə ağacların kəsilməsinin çıxış yolu olmadığını əks etdirən videoda alim – aqronom Xanəhməd Əsgərovun fikirlərindən bəhs olunub. Geniş oxucu kütləsinə sirayət edən video instagramda paylaşılıb.

Faktinfo.az saytına uzun illər Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində çalışmış, təcrübəli alim – aqronom Xanəhməd Əsgərovun göndərdiyi məktubda isə əsaslandırma əks olunub.

Ərizəçi bildirir ki, Bakı şəhəri küləkli şəhərdir. Əgər şam ağaclarının müxtəlif növlərində xəstəlik olsaydı, onda Səbail, Mərdəkan və digər ərazilərdə 3000 yox, 100000-dən artıq şam ağacına xəstəlik keçərdi. Hazırda quruyan şam ağaclarının qlobal istiləşmənin və ya atmaosferin çirklənməsi ilə heç bir əlaqəsinin olmadığını bildirən mütəxəssis hesab edir ki, ağacların qurumasının başlıca səbəbi normal suvarılmama prosesidir.

Sitat: "Bakı şəhərində kütləvi olaraq, ağaclarda, əsasən şam ağaclarında quruma halını xəstəliklə bağlamaq düzgün deyildir. Şam ağacının tərkibində efir yağı olduğundan göbələk və bir çox xəstəliklərə tutulmur. Əksinə şam ağacları bir çox mikrobları zərərləşdirir, ətrafa fitonsidlər buraxır. Bu isə təmiz atmosfer, oksigen deməkdir. Abşeron yarmadasında əsasən də, Bakı şəhərində quruyan ağacların əsas səbəbi, normal suvarmanın tətbiq edilməməsi, budama işlərinin aqrotexniki qaydalar gözlənilmədən aparılması və bu zaman gövdənin həddən ziyadə budanması səbəbindəndir."

Məktub müəllifi onu da qeyd edir ki, şam ağacları bol su tələb edir. 50 illik şam ağacı öz su təlabatını ödəmək üçün normal su qəbul etməyəndə, torpaqda rütubətliliyin miqdarı istənilən səviyyədə olmayanda tədricən quruma prosesi başlayır. Çünki, şam ağacları əsasən dərində olan mil köklərdən suyu qəbul edir. Mil kökündən suyu qəbul etməyən istənilən növ şam ağacında fotosintez prosesi pozulur, ağacların qurumasına səbəb olur. Bunları yəqin etmək üçün savadlı və təcrübəli mütəxəssisə ehtiyac duyulur. 

Sitat: "Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tabe Bitki Mühafizəsi şöbəsi fəaliyyət göstərir. Son illər isə bu şöbədə aqronomdan başqa bütün ixtisas sahiblərini tapmaq mümkündür."

Təcrübəsinə əsaslanaraq, Bakı və Abşeron yarımadasında yay aylarında şam ağaclarının quruma ehtimalının daha çox ola biləcəyini diqqətə çatdıran alim – aqronom Xanəhməd Əsgərov onu da bildirir ki, Dendrologiya İnstitutunda müasir - “RESİSTO-QRAPH və ARBATUM cihazları vasitəsi ilə ağacların təlabatını müəyyənləşdirmək, hansı səbəbdən qurumasını təyin etmək mümkündür.

FAKTİNFO.AZ

Faktinfo.az saytı Xəbəraz.az-ın instagram və YouTube-də paylaşılmış videoçıxışı da təqdim edir:



BAKIDA 3000 MİNDƏN ÇOX ŞAM AĞACININ UTİLİZASİYAYA MƏRUZ QALMA SƏBƏBİ:
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi