Ramin Bayramlının TƏBİB -ə rəhbərlik dövrü yoxlanılır

Ramin Bayramlının TƏBİB -ə rəhbərlik dövrü yoxlanılır 

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlının rəhbərlik dövrü yoxlanılır.

Bu barədə Faktinfo.az saytı məlumat əldə edib. Məlumatda qeyd olunur ki, hüquq-mühafizə orqanları Ramin Bayramlının fəaliyyət dövrünü əhatə edən bir neçə epizod üzrə yoxlama aparır. 

Qeyd edək ki,"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlının Dövlət İmtahan Mərkəzində yeni vəzifəyə təyinat alması ilə bağlı məlumat yayılıb. Onun müaşvir vəzifəsinə təyin edildiyi qeyd olunub.

Məsələ ilə bağlı DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə açıqama verərək adı çəkilən şəxsin  DİM-də qeyd olunan vəzifəyə təyinat almadığını bildirib.

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi