Rasim Balayevlə Şəfiqə Məmmədova arasında gərgin mübarizə -

Rasim Balayevlə Şəfiqə Məmmədova arasında gərgin mübarizə - TƏFƏRRÜAT

Ötən ilin iyununda birləşmək qərarı verən Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birgə konfransı keçiriləcək.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, birləşmə konfransının Prezident seçkilərindən sonra - fevral ayı ərzində keçirilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, iki ittifaq birləşməsi ilə yaranacaq yeni qurum Kino İşçilərinin Birliyi adı altında fəaliyyət göstərəcək.

Konfransda həmçinin Kino İşçiləri Birliyinin yeni sədri seçiləcək.
Məlumatlı mənbənin bildirdiyinə görə, hazırda bu posta Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Rasim Balayev və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Şəfiqə Məmmədova iddialıdırlar.

"Hazırda nə Rasim Balayev, nə də Şəfiqə Məmmədova öz iddiasındna geri çəkilmək istəmirlər. Ancaq böyük ehtimalla yeni qurumun sədri Rasim Balayev olacaq. Onun bununla bağlı artıq hakimiyyətdən xeyir-dua aldığı bildirilir", - deyə mənbə bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi