RƏCƏB BABAŞOV EMOSİONAL DAVRANMAMALIDIR, ÇÜNKİ...

RƏCƏB BABAŞOV EMOSİONAL DAVRANMAMALIDIR, ÇÜNKİ... 

Kosalar kənd icra nümayəndəsi Bəxtiyar Əmrahovun ünvanına qəbul zamanı Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən nalayiq ifadələr işlədilməsi ilə bağlı əvvəl sosial şəbəkələrdə yayılan, sonra isə saytlarda yer alan xəbərlər təkzib edilsə də, rayonda müəyyən söz-söhbətlərə yol açıb.

  Faktinfo.az saytına verilən məlumata görə, ümumiyyətlə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təbiətcə sakit insan hesab  edilmir. O, əvvəllər də bir neçə rəhbər şəxsi "danlayıb". Onun xarakteri çılğın olduğundan əksər münaqişəli vəziyyətləri başçının birinci müavini Məmməd Alıyev qaydaya salır. Müavin istənilən halda vəziyyətin münaqişəli şəkil almaması üçün tədbirli davranır.

 

O ki qaldı Rəcəb Babaşovla bağlı ümumi vəziyyətə, hesab edilir ki, RİH rəhbəri idarəetmədə rayon əhalisinə nümunə olmalıdır. Rayon əhalisinə yaradıla biləcək suni əngəlin qarşısı vaxtında alınmalıdır ki, Prezident Administrasiyasına şikayət göndərilməsin.Çünki artıq Fazil Məmmədov Vergilər naziri kimi sabiqlər siyahısındadır, Cavid Qurbanov da "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri deyil. Düzdür, Cavid Qurbanov Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavinidir, amma onun bu statusu hazırkı halda Rəcəb Babaşovu müdafiə etmək üçün yetərsizdir. 

Ona görə də Qazax RİH-in başçısı istənilən halda emosional davranmamalıdır.

FAKTİNFO.AZ


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi