Rəis müavinindən biabırçı əsaslandırma:

Rəis müavinindən biabırçı əsaslandırma: "Hər yerindən duran SV-yə bilet alır"

SV vaqonlarda qiymət artımına ehtiyac var idi. Çünki SV-də yer tapmaq olmurdu. Hər gələn, hər yerindən duran gəlib SV-yə bilet alırdı.

Faktinfo.az  xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov Kommersant.az-a açıqlamasında deyib. O bildirib ki, qiymət artımından qabaq SV ilə o biri vaqonlar arasında çox cüzi qiymət fərqi olub:

“O fərqi aradan qaldırmaq üçün qiymət qaldırılıb. SV-yə əsasən imkanlı şəxslər bilet alır".

M.Şıxəmirov kupe və plaskartların qiymətinin artmasına səbəb kimi isə yuxarı və aşağı yerlərin qiymətinin eyni olduğuna görə sərnişinlərin yalnız aşağı yer almasını göstərib:

“Aşağı yerlər alınır, tam qurtarandan sonra digər vətəndaşlar gəlib yuxarı yerləri almağa məcbur olur. Ailə ilə gələn adam 4 yer almalıdır, məlum olur ki, 1 kupedə 4 yer yoxdur - 2 aşağı yer alınıb, 2 yuxarı yer qalıb. Biz aşağı yerin qiymətini qaldırmışıq ki, vətəndaşlar aşağı yer baha olduğuna görə ona üstünlük verməsinlər”.

Bunun Avropa, MDB praktikasında, xüsusilə də Rusiyada uzun illərdən bəri təsdiq olunan bir metod olduğunu söyləyən rəis müavini əvvəlki qiymətə nisbətən plaskartda təxminən 1 manat 50 qəpik, kupe vaqonlarda isə 2 manat fərq yarandığını bildirib.

Qeyd edək ki, iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları orta hesabla, 10% artırılacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi