Rəşad Atakişiyev dəfn edildi

Rəşad Atakişiyev dəfn edildi 

Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotu polkovnik leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi keçirilir.

Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində keçirilən mərasimə hərbçilər, yerli icra qurumlarının nümayəndələri, mərhumun pilot dostları qatılıb.

***

Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu polkovnik leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi başa çatıb.

Yasamal rayonu Dadaş Bünyadzadə küçəsindən götürülən cənazə rəsmi vida mərasiminin keçirilməsi üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə aparılıb.

***

Hazırda Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilir.

***

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində ("Salyanskı" kazarmada) Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotu polkovnik leytenant Rəşad Atakişiyevlə rəsmi vida mərasimi başa çatıb.

Pilot dəfn edilmək üçün MN-in Təlim Tədris Mərkəzindən 2-ci Fəxri Xiyabana aparılıb.

Jurnalistlər mərasimin rəsmi hissəsinə buraxılmayıb.

***

Vida mərasimindən sonra R.Atakişiyevin nəşi II Fəxri xiyabana gətirilib. Hərbi pilot burada torpağa tapşırılıb.

Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.

Allah rəhmət eləsin!

/Axar.az

Rəşad Atakişiyev dəfn edildiRəşad Atakişiyev dəfn edildiRəşad Atakişiyev dəfn edildiRəşad Atakişiyev dəfn edildi
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi