Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Dövlət Baxçalı Azərbaycana dəvət olundu 

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycana dəvət olunub.

Bu barədə Modern.az-a MHP sədrinin baş müşaviri, partiyanın İdarə Heyətinin üzvü Əsma Özdaşlı məlumat verib.

O qeyd edib ki, Baxçalının hazırkı iş qrafiki sıxdır. Bununla belə, Azərbaycana yaxın günlərdə səfər müzakirə olunur. Səfərlə bağlı yekun qərar veriləcək.

Söhbət zamanı Özdaşlı Baxçalının Azərbaycana dəstəyini də xüsusi vurğulayıb. O, Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz və toxunulmaz olduğunu, heç kimin bu münasibətlərə zərər verə bilməyəcəyini bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪