Respublika Klinik Xəstəxanası iki həftədən artıqdır yoxlanılır –

Respublika Klinik Xəstəxanası iki həftədən artıqdır yoxlanılır – TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına Elviz Qasımovun direktor təyin edilməsindən sonra orada çox sayda həkim və tibbi personalın işdən kənarlaşdırılması kütləvi narazılığa səbəb olub.

İşdən çıxarılmalarını qanunsuz hesab edənlərin dövlət orqanlarına etdikləri şikayətlər, ölkə rəhbərliyinə vurulan teleqramlar ciddi araşdırmalara rəvac verib. Belə ki, şikayətlərin araşdırılmasının TƏBİB qarşısında tələb kimi qoyulması "Respublikanski"də yoxlamalarla nəticələnib.


Faktinfo.az saytının əldə etdiyi məlumata görə, RKX-nin direktoru Elviz Qasımovdan edilən şikayətlərə əsasən, ikinci həftədir ki, orada 7 nəfərdən ibarət komissiya yoxlama aparır. Hətta, xəstəxanaya əlavə auditin gəldiyi də bildirilir.Yoxlama qrupuna İcbari Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli rəhbərlik edir. Töhmət alanlar, işdən çıxarılanları komissiya üzvləri çağırıb dinləyir, onların izahatları alınır, bəzi həkimlər İcbari Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin qəbuluna yazılır.İşdən kənarlaşdırılan təcürbəli həkimlərlə bərabər siyahıda savadlı Laboratoriya müdiri, Reanimasiyanın ümumi şöbə müdiri, həkim-laborant, mamaginekoloq, reanimatoloq və digər şəxslərin də adı keçir. Tibb müəssisəsindən uzaqlaşdırılan bəzi həkimlərin qanunla qorunan hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmələri barədə xəbərlər də var.


Faktinfo.az saytının əldə etdiyi məlumatda o da qeyd olunur ki, yoxlama qrupu işdən çıxarılan şəxsləri araşdırmaqla yekunlaşmır, dərman preparatlarının istifadə qaydalarına, müalicə işinin vəziyyətinə də diqqət yetirir. Artıq iki həftədən artıq yoxlama qrupunun Respublika Klinik Xəstəxanasında olması səhiyyə müəssisəsinin direktoru Elviz Qasımovun özü tərəfindən xəstəxanaya işə gətirdiyi Könül Namazova başda olmaqla, bir çox şəxsləri narahat etməyə başlayıb, eləcə də orada həkimlərin şkaflarını yoxlamış, gizli səs yazıları həyata keçirmiş, adamlarda da təşviş yaratmışdır.

İrəliləyən günlərdə: Yaşlı həkimləri işdə saxlayıb, cavan və bacarıqlı kadrları işdən azad etmək nə qədər düzgündür, növbəti yazıda oxuya bilərsiniz.

Faktinfo.az

 

       



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi