Rəsul Quliyev:

Rəsul Quliyev: "Rusiyanın dediklərinə sadiq olacaqları da şübhə altındadır"

"Bağlanmış sülh müqaviləsi və Ermənistanın torpaqlarımızı Dekabrın 1-dək azad edəcəyi öhdəliyi çox böyük qələbədir".

Bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev bildirib ki, Yerevanda etiraz aksiyalarının keçirilməsi Paşinyanın həbs edilməsi, Parlamentin bu müqaviləni təsdiqləməməsi ilə bitə bilər: "Hadisələrin necə inkişaf edəcəyini gözləmədən Rusiya sülhməramlı qüvvələrini artıq Qarabağa göndərir. Rus silahlıları Qarabağa yerləşdirildikdən sonra Azərbaycan Laçın, Kəlbəcər, Ağdam rayonlarının azad (Paşinyanın imza atdığı müqavilənin səlahiyyəti itəndən sonra) edilməsini Rusiya ilə razılaşdırmalıdır. 

Rusiya Türkiyə ilə müəyyən razılığa gəlib. Yəni Rusiya Suriyadan çıxır və Qarabağda sülhməramları qüvvələri yerləşdirir. Ən xoşa gəlməz məsələ Rusiyanın sülhməramlı qüvvələrinin qərargahının Xankəndidə yerləşdirilməsidir. Düşünürəm ki, Türkiyə bir daha Rusiya ilə bütün məsələləri dəqiqləşdirməlidir. Xüsusilə Türkiyənin Rusiya ilə birlikdə monitorinqdə iştirakı proseslərə təsir etmək gücünə malik olmalıdır.Paşinyan höküməti öz xalqına o qədər yalan məlumatlar verib ki, ermənilər üçün qalib gələcəklərinə inandığı bir vaxtda belə bir müqaviləyə imza atması satqınlıq kimi qəbul edilir. "Dağlıq Qarabağ Respublikası"nın balaca prezidentinin Paşinyana "Sülh bağlanmasa biz bütün Dağlıq Qarabağı itirəcəyik" yalvarışına da fikir verən yoxdur. Çünki bu balaca "prezident" də bu günə qədər ancaq yalan informasiyalar verirdi.

Fikrimcə sülh məramlı qüvvələrin 30 faizi Kəlbəcər 15 noyabr, 30 faizi Ağdam 20 noyabr və qalan 40 faizi 1 dekabr Laçın azad olunandan sonra Laçın dəhlizində yerləşdirilməlidir. Gedən prosesləri dəqiqliklə bilmədiyim üçün bu söylədiklərim fantaziya ola bilər. Ancaq hər halda Ermənistan hökümətinə axıra qədər inanmaq olmaz. Rusiyanın dediklərinə sadiq olacaqları da şübhə altındadır".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi