Ronaldo 2026-cı il dünya çempionatında oynamayacaq-

Ronaldo 2026-cı il dünya çempionatında oynamayacaq- Rodrigez açıqladı

Corcina Rodrigez sevgilisi, "Al-Nassr"ın portuqaliyalı superulduzu Kriştiano Ronaldonun futboldan nə vaxt ayrılacağı ilə bağlı ipucu verib.

Paris moda həftəsində "Al-Nassr" ulduzuna hörmət əlaməti olaraq CR7 formasını geyinən model tədbirdə 39 yaşlı oyunçunun gələn il butslarını mismardan birdəfəlik asa biləcəyini söyləyib. 

Sosial şəbəkələrdə yayılan videoda Rodrigezin ətrafındakılara "Kriştiano bir il daha... Sonra bitəcək. Bəlkə iki, dəqiq bilmirəm" dediyi bildirilib.

Ronaldonun 2026-cı il dünya çempionatında oynamağı hədəflədiyi bildirilirdi. Bununla belə, Rodrigezin açıqlaması bütün zamanların ən böyük futbolçularından birinin həmin tarixdən daha tez təqaüdə çıxa biləcəyinə işarə kimi qəbul edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi