Ronaldodan karyerası ilə bağlı xatırlatma:Bu klub olmasaydı

Ronaldodan karyerası ilə bağlı xatırlatma:Bu klub olmasaydı yəqin ki,..

39 yaşlı "Əl Nəsr"in futbolçusu Kriştiano Ronaldo karyerasını Lissabonun "Sportinq” klubunda bitirmək istəyir.

"Karyeramı "Sportinq”də başa vuracağam. Bir mövsüm keçirsəm belə, bu kluba qayıtmaq istəyirəm. Bu klub məni böyüdüb."Sportinq" olmasaydı, yəqin ki, "McDonalds"da işləyəcəkdim",  deyə Ronaldo bildirib.

Xatırladaq ki, Ronaldo "Sportinq”in yetirməsidir. 2003-cü ildə Portuqaliya klubu Kriştianonu 19 milyon avroya "Mançester Yunayted"ə satıb.

2022-ci ilin dekabrında portuqaliyalı Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubuna keçib.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi