Röya Ayxan da terror aktının törədildiyi məkanda olub - “Səhnəyə çıxacaqdım...”

Röya Ayxan da terror aktının törədildiyi məkanda olub - “Səhnəyə çıxacaqdım...” 

Xalq artisti Röya Ayxanın Moskvada terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”dakı konserti təxirə salınıb.

Bu barədə müğənni özünün “Instagram” hesabında məlumat verib. Bildirib ki, baş vermiş hadisə ilə əlaqədar konsert təxirə salınıb.

O bildirib ki, iki dəqiqədən sonra səhnəyə çıxmalı idi: “Hadisə ikinci zalda olub, bütün dostlarım narahatdırlar, zəng edirlər. Biz yaxşıyıq”.

Qeyd edək ki, “Crocus City Hall”un konsert zalında silahlı insident olub. Baş verən atışma nəticəsində onlarla insan qətlə yetirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi