Rus ordusu bu sistemin qarşısını ala bilmir - Jdanov

Rus ordusu bu sistemin qarşısını ala bilmir - Jdanov 

Rus ordusu HİMARS çoxsaylı buraxılış raket sistemlərinə qarşı müdafiəsizdir, bu silaha qarşı heç bir reaksiya yoxdur.

Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Bu raketin qarşısını almaq mümkün deyil. Əgər nişan alıb buraxsaq, o zaman 70 km məsafədə ən çoxu üç metrlik yayınma ilə hədəfə dəyir. Bu raketə qarşı heç bir müdafiə yoxdur. Yalnız vaxtınız varsa və ya onun uçduğunu hiss etsəniz, qaça bilərsiniz”, - O.Jdanov vurğulayıb.

Onun sözlərinə görə, bu səbəbdən Rusiya Ukraynaya yüksək dəqiqlikli uzaqmənzilli Qərb silahlarının verilməsinin qarşısını almağa hər cür cəhd edir./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi