Rus qoşunları Dnestryanıdan çıxarılmalıdır - Sandu

Rus qoşunları Dnestryanıdan çıxarılmalıdır - Sandu 

Kişinyov həmişə Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasını tələb edib. Rusiyada isə deyirlər ki, orada hərbçilər sülhməramlı əməliyyat həyata keçirirlər.

Bunu Moldova Prezidenti Maya Sandu deyib.

“Biz həmişə Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasını, sursatların məhvini tələb etmişik və tələb etməkdə davam edirik. Bu münaqişənin sülh yolu ilə həllinə çağırmaqda davam edirik. Diplomatik, siyasi həll yolu tapmaq və həyata keçirmək üçün əlimizdən gələni edəcəyik”, - Sandu bildirib.

Onun sözlərinə görə, Rusiyanın Dnestryanı münaqişədə oynadığı rol heç kimə sirr deyil.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi