Rusiya Azərbaycandan bu məhsulların gətirilməsini qadağan etdi

Rusiya Azərbaycandan bu məhsulların gətirilməsini qadağan etdi 

Rusiya Azərbaycandan alma və tomat gətirilməsini qadağan edib.

Bununla bağlı “Rosselxoznadzor” məlumat açıqlayıb. Məlumatda deyilir ki, dekabrın 10-dan Azərbaycanda Rusiyaya adıçəkilən məhsulların gətirilməsi qadağan olunur.

 Dövlət idarəsindən bildirilib ki, idxal edilən məhsullarda dəfələrə orqanizmə ziyanlı maddələr aşkar edilib və bu barədə Qida Agentliyinə məlumat veriblər.

 “Təkcə 22 oktyabrda mütəxəssilər 17 dəfə Avrasiya İqtisadi İttifaqı üçün karantin hesab edilən cənubi amerika tomat güvəsi və şərq güvəsi aşkar ediblər”.

 “Bununla bağlı fitosanitar vəziyyəti mühafizə etmək üçün göstərilən malların dekabırn 10-da Rusiyaya idxalı qadağan olunur”-deyə Xidmətdən bildirilib.

 Azərbaycan Rusyaya bitki ixrac edən çox böyük ixracatçıdır.

 Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə pomidor və tomat idxalı 172,359 min ton olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi