Rusiya bizi inandırmağa çalışır ki, ayıdır -

Rusiya bizi inandırmağa çalışır ki, ayıdır - Uitaker

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putindən məyusdur. Çünki hər dəfə o, Kreml rəhbərinə sülh təklifi irəli sürdükdə, Putin buna Ukrayna ərazisinə kütləvi atəşlə cavab verir.

Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker bildirib.

O qeyd edib ki, Ukraynaya qarşı dörd ilə yaxın davam edən genişmiqyaslı hərbi təcavüz nəticəsində Rusiya təxminən bir milyon əsgər itirib.

O qeyd edib ki, Rusiya hamını inandırmağa çalışır ki, guya o, “ayı”dır, “kağız pələng” deyil:

"Hətta ilbiz belə artıq Ukrayna-Rusiya sərhədini keçib Polşaya çata bilərdi. Amma onlar (Rusiya ordusu – red.) heç olmasa ilbiz sürəti ilə hərəkət edə bilmirlər. Sonra isə Rusiya bizi inandırmağa çalışır ki, o, “ayı”dır, “kağız pələng” deyil. Bu müharibə mənasızdır və bitməlidir".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi