"Rusiya həmişə erməni xalqına kömək etməyə hazırdır" - Lavrov

"Rusiya həmişə erməni xalqına kömək etməyə hazırdır" - Lavrov 

Rusiya, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ üzrə razılaşma uğurla realizə olunur. Bu zaman Moskva həmişə öz çiynini erməni xalqının yükü altına verməyə hazırdır.

Bu barədə mayın 24-də «Arqumentı i faktı» qəzetində dərc olunmuş müsahibəsində xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Rusiya diplomatiyasının başçısı qeyd edib ki, Moskvanın dəstəyi İrəvan tərəfindən yüksək qiymətləndirilir.

«Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci ildə və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında qeydə alınmış üçtərəfli razılaşma bütövlükdə uğurla realizə olunur. Bu, xüsusilə humanitar problemlərin və silahlı münaqişənin sosial-iqtisadi nəticələrinə, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına aiddir. Rusiyanın dəstəyi erməni dostlar tərəfindən yüksək qiymətini alır» - Lavrov bildirib.

Nazirin qeyd etdiyi kimi, Ermənistan-Rusiya münasibətləri Qarabağ münaqişəsinin tənzimlənməsi problemi ilə məhdudlaşmır. Ölkələr arasında görünməmiş siyasi dialoq qurulub. Lavrov xatırladıb ki, təkcə bu il Rusiya və Ermənistan liderləri 2 dəfə görüşüblər, həm də çoxsaylı telefon danışıqları aparıblar.

«Rusiya-Ermənistan münasibətləri zamanın sınağından çıxıb. Məndə şübhə yoxdur ki, bu münasibətlər qarşılıqlı inam, strateji həmkarlıq və müttəfiq qarşılıqlı fəaliyyəti ruhunda inkişaf etməkdə olacaq…»

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi