"Rusiya məğlub olandan sonra , ərazisində yeni dövlətlər yaranacaq"-

"Rusiya məğlub olandan sonra , ərazisində yeni dövlətlər yaranacaq"- Kirill Budanov

"Yaxın müddətdə Belarus istiqamətindən hücum olacağından qorxmağa dəyməz, şərqdə isə daim hərbi əməliyyatlar gedir, onlar azalmır. Mənə elə gəlir, bizim əhali artıq buna az-çox öyrəşib...”

AzPolitika.info xəbər verir ki, bunu Ukryana hərbi kəşfiyyatının başçısı, general Kirill Budanov ukraynalı jurnalist Dmitri Komarova müsahibəsində deyib.Budanov bildirib ki, Rusiya artıq əlində olan bütün vasitələrdən istifadə edib və ondan qorxası heç nə qalmayıb. 

Onun fikrincə, ukraynalılar hansısa ekspertlərin dediklərinə yox, özlərinə, öz dövlətinə və ordusuna inanmalıdır: “Yeni nədənsə qorxmaq olar, o isə sadəcə, mövcud deyil... 

Anlamaq lazımdır ki, biz bu müharibədə qalib gəlirik və bunu heç kim dəyişə bilməz. Kimin necə istəməsindən asılı olmayaraq, Ukrayna qələbə qazanacaq. Bu, tamamilə həll olunmuş məsələdir. Yeri gəlmişkən, son iki ay yarımda Rusiya KİV-lərinə baxsaq, onlar özləri açıq şəkildə deyirlər ki, Rusiya bu müharibəni uduzur”.

Budanov həmçinin deyib ki, Rusiya məğlub olandan sonra, onun quruluşu dəyişəcək və ərazisində yeni dövlətlər yaranacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi