Rusiya məhv edilən hərbi texnikamızı yeniləyir – İrəvan

Rusiya məhv edilən hərbi texnikamızı yeniləyir – İrəvan 

Bir nömrəli strateji tərəfdaşımız Rusiya Federasiyası ilə itirilmiş hərbi mülkün bərpası, mövcud problemlərin tez həlli və döyüş qabiliyyətinin artırılması üçün intensiv iş aparılır.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı müdafiə nazirinin müavini Arman Sərkisyan deyib. O, Ermənistanın əldə etdiyi yeni silah və texnikanın adını açıqlamaqdan imtina edib.

Qeyd edək ki, son iki ay ərzində Rusiya yenidən Ermənistana hərbi yük təyyarələrini göndərməyə başlayıb. Bəzi mənbələrdə yeni hərbi texnikanın daşındığını iddia etsə də, rəsmilər bununla bağlı susqunluğunu qoruyub saxlayır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi