Rusiya təyyarəsi yana-yana eniş etdi: 13 ölü... - Şok video

Rusiya təyyarəsi yana-yana eniş etdi: 13 ölü... - Şok video 

Moskva – Murmansk reysi üzrə uçan sərnişin təyyarəsi göyərtədə baş verən yanğın səbəbindən Şeremetyevo hava limanına geri qayıdıb.

Bu barədə “360” Teleqram kanalı məlumat yayıb.

Enişdən sonra yanğın güclənib və təyyarə bütünlüklə alova bürünüb.

Hadisənin səbəbləri araşdırılır.

***

Fövqəladə Xidmət təmsilçisinin sözlərinə görə, yanğın nəticəsində 6 nəfər xəsarət alıb.

Təyyarədə olan 78 sərnişinin hamısı təxliyə edilib.

Qeyd edək ki, yanan “Aeroflot”a məxsus Superjet-100 təyyarəsidir.

***

"Moskva" agentliyi Fövqəladə Xidmət əməkdaşına istinadla 10 nəfərin öldüyü barədə xəbər yayıb.

RİA isə hələlik bir nəfərin öldüyünü təsdiqləyib.

Şeremetyevo aeroportu müvəqqəti olaraq bağlanıb.

***

TASS-ın məlumatına görə, qəzada ölənlərin sayı 13-ə çatıb.

"Fobos" hava mərkəzinin əməkdaşı təyyarənin yanmasına səbəb kimi şimşək ehtimalını istisna etməyib. O bildirib ki, mühərrik deyil, elektrik naqilləri alışıb və təyyarə enərkən artıq alov hər tərəfi bürüyüb./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi