Rusiyada partizan hücumu: körpü məhv edildi

Rusiyada partizan hücumu: körpü məhv edildi - Foto

Rusiyanın Kursk vilayətində dəmir yolu körpüsü dağılıb.

Bu barədə vilayətin qubernatoru Roman Staravoyt təsdiqləyib.

O, artıq körpünün partladıldığı haqda informasiyanın təsdiqləndiyini də bildirib:

“İnformasiya təsdiqləndi. Bu, diversiyadır, buna görə də cinayət işi açılıb, istintaq orqanları, güc strukturlarının peşəkarları araşdırma aparır”.

Qeyd edək ki, bir müddət öncə ukraynalı partizanlar Rusiyanın 4 vilayətində diversiya həyata keçirdiklərini və dəmir yollarını hədəf aldıqlarını bildirmişdilər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər