RUSİYANIN 2 QƏRARGAHI VURULDU -

RUSİYANIN 2 QƏRARGAHI VURULDU - 1 general, 300-dək hərbçi öldürüldü

Ukrayna ordusu Rusiyanın iki qərargahını sıradan çıxarıb. Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya ordusunun komanda məntəqələrinə hücum edib. İlkin məlumata görə, bir neçə yüz hərbçi öldürülüb.

"Hava-desant qüvvələrinin qərargahı, ikinci birləşmiş ümumi ordu qərargahı İzyuma iki zərbə endirib. Hətta ən az rəqəmlə hesablasaq bir yerdə 100, başqa yerdə 200, üçüncü yerdə azı 100 meyit hesablanıb. Rəqəmlərin yuxarı həddi 200-300-dür”, - Arestoviç bildirib.

“Siz bilməlisiniz ki, bunlar yüksək rütbəli zabitlərdir”, - o vurğulayıb.

Arestoviç, həmçinin şənbə günü KİV-də Rusiya Hava-Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, general A.D.Simonovun öldürülməsi ilə bağlı yayılan məlumatı şərh edib.

“Dəqiqləşmə tələb edən bəzi məlumatlara görə, Hava Desant Qüvvələrinin qərargah rəisi məhv edilib”, - o vurğulayıb.

Bu arada “AzPolitika.info” ABŞ-ın “Forbes” nəşrinə istinadla xəbər verir ki, Rusiya ordusu Ukraynadakı müharibə dövründə bu ölkədə 1300 raket atıb.

Məlumata görə, bu qədər raketin dəyəri ümumilikdə 7.5 milyard dollardan çox olub.

Qeyd olunur ki, Rusiya Ukraynaya 235 ədəd “Kalibr” raketi atıb. Digər növ raketlərin sayını dəqiq bəlli olmasa da, onların 62 faizinin “İskəndər”, 30 faizinin X tipli, səkkiz faizinin isə “Toçka-U” raketləri olduğu bəllidir. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər