Rusiyanın hücumu nəticəsində ölən və yaralanan ukraynalıların sayı açıqlanıb

Rusiyanın hücumu nəticəsində ölən və yaralanan ukraynalıların sayı açıqlanıb 

Operativ məlumatlara görə, Rusiyanın hücumu nəticəsində 57 ukraynalı həlak olub.

Report.az xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib.

O, qeyd edib ki, hərbi əməliyyatlar zamanı daha 169 ukraynalı yaralanıb.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb. Əməliyyatlar zamanı Çernobıl Atom Elektrik Stansiyası, Qostomel hava limanı, Xerson şəhərləri ələ keçirilib, bir sıra obyektlərə hava zərbələri endirilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi