Rusiyanın qarşısını aldığı SÜLH PROSESİ: -

Rusiyanın qarşısını aldığı SÜLH PROSESİ: - Bakı ilə Moskva qarşı-qarşıya

“Yaranmış vəziyyət onu deməyə əsas verir ki, Azəraycanla Rusiya arasında qarşıdurması baş verə bilər”.

Bu sözləri Ermənistanla Azəraycan arasında sülh prosesinin Rusiya tərəfindən əngəllənməsi və bəzi rus ekspertlərin Azəraycanı təhdid etməsinə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Rusiya Cənubi Qafqazdan çıxmadıqca bölgədə sabitlik olmayacaq:

“Rusiyalı bəzi ekspertlər Krımla Qarabağı müqayisə ediblər. Bu çox həyasız iddiadır. Krımla Qarabağı paralel aparırlar və iddia edirlər ki, Qarabağ Rusiyaya məxsusdur. Rusiya hələ bilmir ki, Ukrayna müharibəsindən necə biabırçılıqla çıxacaq. Müharibədən sonra vəziyyətlərinin necə olacağını bilmirlər, ancaq Ermənistanın arxasında dururlar. Ermənilərdən Cənubi Qafqazda qalmaları üçün maşa kimi istifadə edirlər. Rusiya Ukraynada məğlubiyyətdən sonra tamamilə gücünü itirmiş, heç bir ölkəyə təsir etməyə imkanı olmayan kiçik bir dövlətə çevriləcək. Ona görə də əlində olanı buraxmaq istəmir.

Rusiya çəkinmədən, abır-həya etmədən proseslərə mane olur. Ermənilər də bilir ki, Rusiyanın addımları onların xeyrinədir. Ona görə də sülhyaratma prosesi dayanıb. Avropa Birliyi də bundan xəbərdardır. Proseslərə ABŞ qoşulmaq istədi, onun da nəticəsi effektiv olmadı. Görünür, qarşıda bizi Rusiya ilə qarşıdurmaya gəlmək kimi bir vəziyyət gözləyir. Bundan çəkinməyə ehtiyac yoxdur. Azəraycanın yanında Türkiyə dayanıb. Mənə belə gəlir ki, Rusiyanın Qafqazdan çıxarılması məsələsi NATO-da da müzakirə olunub. Avropa ölkələri Rusiyanı Qafqazdan sıxışdırıb çıxara biləcək. Bu konteksdə də Qarabağ məsələsi həllini tapacaq”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi