Rusiyanın sülhməramlı eyhamı: Bayramov artıq tarix dedi…

Rusiyanın sülhməramlı eyhamı: Bayramov artıq tarix dedi… 

Rusiyalı rəsmilərin, generalların və diplomatların Qarabağda Rusiya hərbi kontingentinin qalma müddətinin uzadılmasıyla bağlı eyhamlarına baxmayaraq, biz istəməyəndən sonra onlar Azərbaycanı tərk etməli olacaqlar və bu, münasibətlərdə gərginlik yaratmayacaq.

Bu sözləri mətbuata açıqlamasında politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, xarici işlər naziri Ceyhun Bayramovun ilin son mətbuat konfransında “sülhməramlıların Qarabağda qalma müddəti 2025-ci ilin noyabrına qədər nəzərdə tutulub” sözləri həm də Prezident İlham Əliyevin baxışını əks etdirir:

“Yəni vaxt bitdikdən sonra qalmalarına ehtiyac yoxdur. Azərbaycanın yaxın tarixdə Rusiya hərbçilərinin yola salmasına aid iki müsbət nümunəsi var. Mərhum Prezident Əbülfəz Elçibəy Rusiya hərbi bazalarını ölkədən çıxartdı, Prezident İlham Əliyev isə Rusiyanın Qəbələ RLS-lə bağlı sazişin müddətini uzatmadı və Rusiyanın sonuncu hərbi bazası da ölkəmizin ərazisini tərk etdi. 2025-ci ilin noyabr ayına qədər Rusiyanın Qarabağda işi-gücü olmayan hərbi kontingentini də yola salacağıq”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi