Rusiyanın təhdidlərinə hazırıq - Finlandiya

Rusiyanın təhdidlərinə hazırıq - Finlandiya 

280 mindən çox ehtiyat əsgərimiz var. F-35 döyüş təyyarələrinə sərmayə qoymuşuq, onlardan 60-ı Finlandiyaya gələcək.

Axar.az xəbər verir ki, bunu Finlandiya xarici işlər naziri Pekka Haavisto deyib.

"Biz müdafiə qüvvələrimizə böyük əhəmiyyət veririk. Rusiyanın Ukraynaya hücumundan sonra yeni təhlükəsizlik təhdidlərinin yarandığı bir dünyada yaşayırıq. Finlandiya bütün müzakirələri yaya qədər bitirib qərar verəcək. Bunun nəticəsində Rusiyadan bir reaksiya gözləyirik və fərqli təhdidlərə də hazırıq. Rusiyanın Ukraynanı işğalı ictimaiyyətin NATO-ya baxışını da dəyişdirdi”, - nazir bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi