Rüşvətə görə vəzifəsindən qovulan rəis nazirin əmisi oğludur

Rüşvətə görə vəzifəsindən qovulan rəis nazirin əmisi oğludur 

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Qırmızı Körpü” gömrük postunun rəisi Rəşad Babayevi tutduğu vəzifədən azad edib.

R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub. Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və həmin şəxsdən gömrük ödənişləri tələb olunub.Bununla bağlı vəziyyət  araşdırılıb, sonda post rəisi işdən azad olunub.

Xəbərə görə,  "Qırmızı Körpü" gömrük postunun rəisi vəzifəsindən azad olunan Rəşad Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmisi  oğludur./Unikal.org 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər