Saakaşvilinin tərəfdarları sağ sahili bağladı - Video

Saakaşvilinin tərəfdarları sağ sahili bağladı - Video 

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin minlərlə tərəfdarı Tiflisdə şəhərin mərkəzində genişmiqyaslı aksiya keçirib.

“Avlabari” metrostansiyasına toplaşan etirazçılar Barataşvili körpüsünə qədər yürüş edib, oradan isə Kürün sağ sahili üzrə Ortaçala hərəkət edərək nəqliyyatın hərəkətini dayandırıblar. Etirazçılar "Mişa" deyə şüarlar səsləndiriblər.

Daha sonra Ortaçaldan yenidən sağ sahil boyu yürüş iştirakçıları Gürcüstan Prezidentinin Atoneli küçəsindəki iqamətgahına gediblər.

Etiraz aksiyası zamanı əraziyə polis dəstələri, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları, su şırnaqlı polis maşını səfərbər edilib.

Keçirilən aksiyada asayişə şəxsən patrul polisinin rəisi Vaja Siradze nəzarət edib./

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi