Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq 

Sabah Şəmkir rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinin məlumatında deyilir.

Bildirilib ki, SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus “Qazıməmməd-Qazax” (1-ci xətt) yüksək təzyiqli magistral qaz kəmərində (304,5-ci km-də) görüləcək təmir işləri ilə əlaqədar, dekabrın 30-da saat 10:00-dan işlər başa çatanadək “Şəmkir-1 Əhali”, “Şəmkir-2 Sənaye” , “Əliyaqublu 1 və 2”, “Çinarlı əhali” və “Çinarlı Sənaye” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şəmkir rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi