“Şahdağ Turizm Mərkəzi”nin zərəri 13% artıb

“Şahdağ Turizm Mərkəzi”nin zərəri 13% artıb 

Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC 2018-ci ili 27,47 milyon manat zərərlə başa vurub.

Report.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 12,6% çoxdur.

2018-ci ildə “Şahdağ Turizm Mərkəzi”nin göstərdiyi xidmətlərdən gəlirləri 19,357 milyon manat (2017-ci illə müqayisədə 15,3% az), xidmətlərinin maya dəyəri 23,586 milyon manat (7,3% az), digər gəlirləri 374 min manat (46,2% az), kommersiya xərcləri 6,416 milyon manat (0,9% az), inzibati xərcləri 12,116 milyon manat (8,7% az), sair əməliyyat xərcləri 144 min manat (3,9 dəfə çox), maliyyə xərcləri 160 min manat (36,75% çox), gəlir vergisi ödəmələri isə 4,779 milyon manat (84% çox) təşkil edib.

2019-cu il yanvarın 1-nə “Şahdağ Turizm Mərkəzi”nin aktivləri 503,708 milyon manat olub ki, bu da 2018-ci il yanvarın 1-nə nisbətən 5% azdır. Bunun 493,842 milyon manatı və yaxud 98%-i əmlak və adavanlıqlardır ki, bu da illik müqayisədə 5,3% azdır.

Hesabat dövründə şirkətin öhdəlikləri 93,1% artaraq 12,295 milyon manata şatıb, balans kapitalı isə 6,2% azalaraq 491,413 milyon manata düşüb.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi