Şakira və Pike ayrıldılar

Şakira və Pike ayrıldılar 

Məşhur müğənni Şakira “Barselona”nın müdafiəçisi Jerar Pikedən ayrılıb.

Bu barədə “El Periodiko” məlumat yayıb.

Ayrılığa səbəb futbolçunun xəyanəti olub. İndi Jerar bir neçə həftədir ki, köhnə mənzilində tək yaşayır.

Qeyd edək ki, Şakira və Jerar Pike 2010-cu ildə görüşməyə başlayıblar. Futbolçu müğənninin Cənubi Afrikada keçirilən dünya çempionatına həsr olunmuş “Vaka Vaka” mahnısına çəkdirdiyi klipdə də rol alıb. Onların vətəndaş nikahından iki oğlu var.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi