“Salam, Azərbaycan! Sizi sevirəm” - Mitxun Çakraborti Bakıya salam göndərdi

“Salam, Azərbaycan! Sizi sevirəm” - Mitxun Çakraborti Bakıya salam göndərdi - VİDEO

Məşhur hind kino aktyoru Mitxun Çakraborti ötən ilin payzında yeni filmin çəkilişi üçün Rusiyaya səfər edib.

 Məşhur aktyor oğlu Namaşi Çakrabortinin baş rolda oynadığı filmin bir sıra epizodlarını Sankt-Peterburqda çəkib. M. Çakraborti yeni filmin produseridir.

    Rusiyada aktyor böyük coşqu ilə qarşılanıb. İnsanlar çəkiliş məkanına yaxınlaşaraq aktyora sevgi və ehtiramını ifadə ediblər. Filmin çəkilişlərinin təşkilində azərbaycanlı iş adamı da iştirak edib. O, Sankt-Peterburqda M.Çakrabortini müşaiyət edib. Onun internetdə yerləşdirdiyi videogörüntülər maraqla qarşılanıb.

    

    Azərbaycanlı iş adamı Mitxun Çakrabortidən Azərbaycana salam göndərməyi xahiş edib.

Məşhur aktyor “Salam, Azərbaycan! Sizi sevirəm!” deyə xitab edib. 

Daha sonra onun oğlu Namaşi də Azərbaycana öz sevgilərini açıqlayıb. “Disko rəqqası” ilə məşhurlaşan M.Çakraborti SSRİ-də ağlasığmaz populyarlıq qazanıb. İyunun 15-də aktyorun 72 yaşı tamam olur./Azpost.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi