Saleh Məmmədov ADAU tələbələrinə mühazirə söyləyib

Saleh Məmmədov ADAU tələbələrinə mühazirə söyləyib - FOTO

Bu gün iqtisad elmləri doktoru, professor Saleh Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyəti və tələbələri üçün onlayn mühazirə oxuyub.

Faktinfo.az xəbər verir ki, “Rəqəmsal Keçid və Elmi Texnoloji İnkişaf Zəruriyyəti” mövzusunda keçirilən mühazirədə universitetin bütün fakültələrindən tələbələr, magistr, dissertant, müəllim və əməkdaşlar iştirak ediblər.

Maliyyə və iqtisadiyyat ixtisasından olan tələbə və müəllimlərin üstünlük təşkil etdiyi mühazirədə mövzu ətrafında müzakirələr aparılaraq, suallar cavablandırılıb.

Qeyd edək ki, silsilə olaraq keçirilən layihə çərçivəsində hər həftənin 2-ci günü, saat 6-da iqtisad elmləri doktoru, professor Saleh Məmmədov tərəfindən müxtəlif mövzularda onlayn mühazirələr keçiriləcəkdir. Həmçinin mühazirələr universitetin rəsmi feysbuk hesabından canlı olaraq yayımlanır.

Saleh Məmmədov ADAU tələbələrinə mühazirə söyləyibSaleh Məmmədov ADAU tələbələrinə mühazirə söyləyibSaleh Məmmədov ADAU tələbələrinə mühazirə söyləyib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi