Salyanda müəllim intihar etdi - Üç uşaq anasız qaldı

Salyanda müəllim intihar etdi - Üç uşaq anasız qaldı 

Salyanda intihar edən şəxsin kimliyi bilinib.

Rayonun Seyidsadıqlı kəndinin 35 yaşlı sakini Aysel Vaqif qızı Dadaşova özünü evlərinin yaxınlığından keçən Akkuşa çayının körpüsündən suya ataraq intihar edib.

Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi olduğu deyilir.

Hazırda özünü suda batırmış qadının cəsədinin tapılması üçün üçün FHN-in dalğıc-xilasediciləri tərəfindən axtarış işləri aparılır.Hadisə yerinə yerli icra və  hüquq-mühafizə orqanlarının rəhbərləri də gəlib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi