Savaş Rusiya ərazisinə keçir - Ukrayna hədələdi

Savaş Rusiya ərazisinə keçir - Ukrayna hədələdi 

Yaxın həftələrdə Rusiyanın sərhədyanı rayonlarının “demilitarizasiyası”nın intensivliyi əhəmiyyətli dərəcədə artacaq.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Bu işğal artıq iki aydan çoxdur ki, davam edir və biz onun sonunu hələ görmürük: bir az sonra görəcəyik və bu son Ukraynanın maraqlarına uyğun olacaq. Münaqişənin bu intensivliyi, şübhəsiz ki, Rusiya Federasiyasının sərhədyanı ərazilərində də özünü göstərəcək. Orada çaxnaşma sürətlə artacaq. Münaqişələr olacaq. Orada anbarlar partlayacaq. “Demilitarizasiya"nın intensivliyi Rusiya Federasiyası, xüsusən də sərhədyanı ərazilərində, fikrimcə, yaxın həftələrdə yalnız əhəmiyyətli dərəcədə böyüyəcəkdir”, - Podolyak bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi