Savçenko:"Putin dünyada sevilmir,amma Rusiyada dəstəyə malikdir və onunla bütün dünya hesablaşır"

Savçenko:"Putin dünyada sevilmir,amma Rusiyada dəstəyə malikdir və onunla bütün dünya hesablaşır" 

Ukrayna siyasətçiləri ölkə əhalisinin dəstəyindən istifadə etmir və Avropada özlərini yoxsul kimi aparırlar.

Faktinfo.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko Polşanın “Reç Pospolita” qəzetinə müsahibəsində deyib.

“Bizim siyasətçilər elə hesab edir ki, Avropa ömür boyu bizi yedizdirməlidir. Əgər siyasətçilər ölkənin daxilində xalqın dəstəyini almasalar, onlarla xaricdə kimsə hesablaşmayacaq”, - Savçenko bildirib.

Savçenko bu açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin son müsahibəsini xatırladıb:

“Putin dünyada sevilmir. Amma Rusiyada böyük dəstəyə malikdir və onunla bütün dünya hesablaşır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi