Saxta diplomlu müəllimlərdən bir milyon manata yaxın vəsait yığılıb

Saxta diplomlu müəllimlərdən bir milyon manata yaxın vəsait yığılıb 

Aparat rəhbərinin fikirlərindən belə aydın olur ki, 1000-ə yaxın saxta diplomlu müəllim aşkarlayıblar.

Faktinfo.az xəbər verir ki, Təhsil Nazirliyinin müxtəlif vəzifəli şəxsləri saxta diplomlulara qarşı apardıqları mübarizədən vaxtaşırı söhbət açırlar. Belə fikirlər isə haqlı olaraq müəyyən mülahizələr söyləməyə əsas yaradır. İki həftə öncə Təhsil Nazirliyinin aparat rəhbəri Fariz Rzayev mətbuata açıqlama verdi ki, 2015-ci ilin sentyabrında Respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkarlanıb. Onun sözlərinə görə,həmin şəxslərlə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməsi yerli təhsili idarəetmə orqanlarına tapşırılıb.

Eynilə ,2016-ci ilin sonunda Respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən təhsil sənədləri yoxlanılıb və 500-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkarlanıb. Müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır.cc

Göründüyü kimi, aparat rəhbərinə cavab gecikmədi. Təhsil üzrə ekspert Nadir İsrafilov açıqca bildirdi ki, saxta diplomlarla bağlı kimlərsə açıq formada cəzalandırılmalıdır.Sitat:“Elan edilməlidir ki, filan universitet və ya orta məktəbdə saxtakarlığa yol verilib”.Açıqca ekspert tərəfindən Təhsil Nazirliyinin aparat rəhbərinə, nazir Mikayıl Cabbarovun özünə mətbuat vasitəsilə mesaj verildi ki, nə qədər quru statistika sadalamaqla məşğul olacaqsınız, belə açıqlamaların heç bir önəmi olmayacaq.Konkret adları açıqlayın, əks təqdirdə belə fikirlər "işləyirik" görüntüsü yaratmaqdan başqa bir şey deyildir.

Baş verənlərlə bağlı əhali artıq məlumatlıdır ki, son iki ilə yaxın müddətdə qərb bölgəsində yerləşən 5 rayonun təhsil şöbə müdirləri tərəfindən saxta diplomlu müəllimlər müəyyənləşdirilib və onlardan ümumilikdə 1.000000 milyon manata yaxın vəsait yığılıb.İşdən çıxarılacağı qorxusu yaşayan hər bir müəllim 500-1000 manat arasında vəsaiti təhsil şöbə müdirlərinə verib. Həmin təhsil şöbə müdirlərindən biri zamanında Azərbaycan Müəllimlər İnstitutunun filiallarından birində məsul vəzifədə çalışıb.

Digər tərəfdən saxta diplomlu müəllimlərdən rüşvət yığan təhsil şöbə müdirlərinin himayəçilərinin elə həmin rayonların icra başçıları olduğu da hər kəsə bəllidir.

Faktinfo.azolaraq onu da qeyd etmək istəyirik ki, həqiqətən Təhsil Nazirliyi “müəllimlər"in aşkarlanıb təhsil prosesindən kənarlaşdırılmasında maraqlı olarsa, həmin andan nəinki saxta diplomlu müəllimlər, hətta onlarla rayonun təhsil şöbə müdirləri, eləcə də onları himayə edən icra başçıları da ifşa oluna bilər. Həmin gündən etibarən Təhsil Nazirliyi rəsmilərinin belə çirkin işlərlə məşğul olan şəxslərlə əlaqəsinin olmadığı müəyyənləşər, quru statistika səsləndirməkdən əməli işə keçirilmiş olar.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi