SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİ AÇIQLANDI - İlham Əliyev qalib gəlib

SEÇKİLƏRİN İLKİN NƏTİCƏLƏRİ AÇIQLANDI - İlham Əliyev qalib gəlib + VİDEO

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Məzahir Pənahov bildirib ki, hazırda 125 dairədən 117 dairə, 6537 seçki məntəqəsindən 3561-i hesabat verib.

MSK sədri qeyd edib ki, seçici fəallığı 76,73 faiz olub. MSK-ya 3561 protokol daxil olub və 2 715 667 bülleten sayılıb.

Məzahir Pənahov nəzərə çatdırıb ki, ümumi məntəqələrin 54,47 faizi üzrə səslər sayılıb. Ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:

- İlham Əliyev – 92,10 faiz (2 497 542 səs);

- Zahid Oruc - 2,20 faiz;

- Fazil Mustafa - 1,99 faiz;

- Qüdrət Həsənquliyev - 1,78 faiz;

- Razi Nurullayev - 0,79 faiz;

- Elşad Musayev - 0,66 faiz;

- Fuad Əliyev - 0,48 faiz;

Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,10 %-ni toplayaraq qalib gəlib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi