SƏLİM MÜSLÜMOV HƏBS OLUNUB-

SƏLİM MÜSLÜMOV HƏBS OLUNUB- Sabiq nazirin “yoxa çıxan” 2 milyard manata görə aparılan istintaq çərçivəsində saxlanıldığı iddia edilir

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun fevralın 2-də həbs olunduğu barədə məlumatlar sabiq nazirin yaxınları və hüquq-mühafizə orqanlarındakı mənbələr tərəfindən təsdiq olunur.

S.Müslümovun həbsi barədə dünəndən etibarən sosial şəbəkələrdə və bəzi internet resurslarında yayılan məlumatlar təkzib olunmayıb, əksinə, bu gün təsdiq xəbərləri gəlir. Halbuki S.Müslümov mediaya kifayət qədər həssas adamdır və məlumatlar əsassız olsaydı, böyük ehtimalla, şəxsən təkzib etməyə tələsərdi.

İddialara görə, S.Müslümov nazir olduğu dövrdəki iri miqyaslı mənimsələrə görə istintaqa cəlb olunub.

Sabiq nazirin “yoxa çıxan” 2 milyard manata görə aparılan istintaq çərçivəsində saxlanıldığı iddia edilir.

Onun həbsi məsələsinə bu gün rəsmi münasibətin açıqlanacağı gözlənilir.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi