Səməd Vurğun “Oxu, gözəl”i məhz ona həsr etmişdi

Səməd Vurğun “Oxu, gözəl”i məhz ona həsr etmişdi 

Bu gün Azərbaycan musiqisinin unudulmaz sənətkarı, xalq artisti Şövkət Ələkbərovanın 100 yaşı tamam olur.

Faktinfo.az Kult.az-a istinadən  xalq artisti haqda maraqlı məlumatları təqdim edir:

- O, 1922-ci il oktyabrın 20-də Bakı şəhərində anadan olub.

- Atası Fəzulla bəyin musiqiyə marağı, anası Hökümə xanımın tar ifa etməsi onda bu sahəyə uşaqlıqdan vurğunluq yaratmışdı. Elə buna görə 12 yaşında onu musiqi məktəbinin kamança sinfinə yazdırırlar.

- Anası 1925-ci ildən qadınlardan ibarət xalq çalğı alətləri orkestrində fəaliyyət göstərib. Günlərin birində orkestr Dağüstü parkda məşqlər edir. Nə üçünsə Soltan adlı müğənni qız gəlib çıxmır. Birdən dirijorun gözü onlara heyranlıqla tamaşa edən Şövkətə sataşır. Sanki onun ürəyinin səsini eşidərək ona oxumağı təklif edir. Şövkət isə razılaşaraq “Gəlmə, gəlmə” mahnısını ifa edir. Demək olar ki, bu, onun böyük səhnədə ilk çıxışı olur.

- Ş.Ələkbərova müğənni kimi fəaliyyətə 1930-cu illərdə “Kəndlilər evi”ndə Aqşin Babayevin atası Əlisəttar Babayevin dəvəti ilə başlayıb.

- 1937-ci ildə o, bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edir. Onun burada ifa etdiyi “Qarabağ şikəstəsi” Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edir. Bundan sonra o, dövlət xoruna qəbul edilir.

- 1945-ci ildə Filarmoniyanın solisti kimi fəaliyyətə başlayır. Şövkət Ələkbərovanın bu illərdə oxuduğu muğamlar, xalq və bəstəkar mahnıları Azərbaycanda böyük şöhrət qazanır.

- O, 1954-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1959-cu ilsə isə xalq artisti fəxri adına layiq görülür.

- Şövkət Ələkbərovanın “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı?”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Aygün”, “Koroğlu” kimi filmlərdə səsləndirdiyi musiqilər dillər əzbərinə çevrilib.

- O, iki dəfə ailə həyatı qurub. İkinci evliliyi 1955-ci ildə “Bəxtiyar” filminin çəkilişləri zamanı tanış olduğu rejissor Lətif Səfərovla olub.

- Şövkət Ələkbərovanın dillər əzbəri olan musiqiləri arasındakı “Oxu, gözəl”i Səməd Vurğun məhz onun üçün yazıb.

- Qızı Natellanın ölümündən sarsılan Şövkət Ələkbərova bir daha səhnəyə çıxmır. 7 fevral 1993-cü ildə isə dünyasını dəyişir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi