Sərnişinlərin nəzərinə! - Bakı-Ağstafa-Qazax qatarı ləğv edilir

Sərnişinlərin nəzərinə! - Bakı-Ağstafa-Qazax qatarı ləğv edilir 

"Azərbaycan Dəmir Yolları" QSC iyulun 15-dən Bakı-Ağstafa-Qazax sərnişin qatarını ləğv edəcək.

Bu barədə QSC-dən bildirilib.

Məlumata əsasən, sərnişinlər bu istiqamət üzrə Bakı-Böyük Kəsik qatarından istifadə edə biləcəklər.

"İyulun 15-dən Bakı-Ağstafa-Qazax qatarı ləğv olunacaq və bu istiqamətdə yalnız bir qatar - Bakı-Böyük Kəsik hərəkət edəcək”, - deyə QSC-dən bildirilib.

"Azərbaycan Dəmir Yolları"dan həmçinin qeyd ediblər ki, bu qərar qatarların hərəkətinin optimallaşdırılması məqsədi ilə verilib./apa.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi