Səttar Möhbalıyevin Ramiz Mehdiyevi istefaya çağırması müzakirələrə səbəb oldu – “O, Əli Həsənovun qudasıdır...”

Səttar Möhbalıyevin Ramiz Mehdiyevi istefaya çağırması müzakirələrə səbəb oldu – “O, Əli Həsənovun qudasıdır...” 

“AMEA-nın prezidenti Ramiz Mehdiyev özünü çox çətin və çıxılmaz vəziyyətə salıb. Hər gün tənqid girdabında çabalayır.

Onu da deyim ki, bu durumu yaradan Ramiz Mehdiyevin özüdür. Məni düşündürən odur ki, 30 ilə yaxın müddətdə ölkənin hakim komandasında yüksək rəhbər vəzifə tutan Ramiz Mehdiyev niyə özünü bu çətin duruma salıb. Bax, bu, təəccüb doğurur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Səttar Möhbalıyev bildirib.

 

“Ramiz Mehdiyev səhərdən axşama kimi kimə gəldi acı dilini uzadır. Hətta Milli Məclisin deputatlarını ağır təhqir etməkdən, onlara “troll” damğası vurmaqdan belə çəkinmir. Azərbaycan hökumətilə dialoqa gedən siyasi partiyaları “Cib müxalifəti” adlandırır. Ramiz Mehdiyev uzun illər təmsil olunduğu Azərbaycanın hakim komandası başda olmaqla, hər kəsə savaş açır, həddindən artıq sərt sifarişlər göndərməyə can atır. O, dövrünün bitməsi və qüruba enməsi ilə heç cür barışmaq istəmir. Mən bir deputat kimi buna çox təəssüflənirəm. Ramiz Mehdiyev Azərbaycanın qanunverici orqanı olan Milli Məclisin deputatları haqqında durmadan qeyri-etik sözlər işlədir və onlara çirkab atır. Ramiz Mehdiyevin Milli Məclisin ünvanına xoşagəlməz sözlər deməyə, yersiz təhdidlər irəli sürməyə haqqı çatmır. Mənə elə gəlir ki, Ramiz Mehdiyev dirəniş göstərməməli, sabah yox, elə bu gün istefa verməlidir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında çox ciddi böhran yaşanmaqdadır. Artıq ölkənin bir çox ziyalıları Ramiz Mehdiyevə öz etirazlarını bildirir və Akademiyanın rəhbərliyinin dəyişdirilməsini təkidlə tələb edirlər. Buna görə də o, qeyd-şərtsiz istefa verməlidir. Çünki Ramiz Mehdiyev bu elm məbədini daha da inkişaf etdirmək, Azərbaycan elmini dünyaya daha çox tanıtdırmaq, yeni-yeni elmi naliyyətlər əldə etmək əvəzinə, elm ocağını dedi-qodu, intriqa yuvasına çevirib. Bundan çıxış yolu yalnız onun istefasından keçir. İnanırıq ki, bu məsələ tez bir zamanda öz həllini tapacaq”.

 

Qeyd: Onun bu mövqeyi müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə bildirilib ki, S.Möhbalıyev Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qudasıdır. Ə.Həsənov da R.Mehdiyevin əsas adamı kimi tanınıb.

Faktinfo.az xatırladır ki,Milli Məclisin deputatı Səttar Möhbalıyevin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri olmasında və uzun illər təkrar-təkrar sədr seçilməsində Ramiz Mehdiyevin rolunun olmasına dair fikirlər də var.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi