Şeyxin qudasının oğlu deputatlığa namizəd oldu

Şeyxin qudasının oğlu deputatlığa namizəd oldu 

Yeni Azərbaycan Partiyası (YAP) Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, eks-deputat, tanınmış iş adamı Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadənin deputatlığa namizədliyin irəli sürüb.

YAP Salahzadə Əliabbas Qalib oğlunun namizədliyini 27 saylı Sabunçu ikinci seçki dairəsindən verib.

Qeyd edək ki, Salahzadə Əliabbas Qalib oğlu hazırda Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışır./Axar.az





Birinci məlumatlanmaq üçün facebook səhifəmizi