“Siyasi vəziyyətin gərginliyi özünü cəbhədəki atışmalarda göstərir...”

“Siyasi vəziyyətin gərginliyi özünü cəbhədəki atışmalarda göstərir...” - Zərdüşt Əlizadə

“Cəbhədəki gərginlik adətən daxili siyasi cəbhədəki gərginliyin əlamətidir. Ermənistanda hakimiyyət naminə mübarizə davam edir, gərginlikdir.

 Eyni zamanda, Rusiya istəmir ki, bölgədə sülh yaransın”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloq Ermənistanın tez-tez Kəlbəcəri atəşə tutmasını bu cür izah edib:

“Ona görə bu istəklər özünü cəbhənin müxtəlif sahələrində büruzə verir. Çünki əməli olaraq dərindən düşünəndə Ermənistana və Azərbaycana bu atışmalar lazım deyil. Azərbaycanda siyasi sahədə müəyyən sabitlik var, amma Ermənistanda daxili siyasi vəziyyət gərgindir. Siyasi vəziyyətin gərginliyi də özünü cəbhədəki atışmalarda göstərir. Növbəti amil Rusiyanın sülhü istəməməsi və sülhün yalnız onun şərtləri əsasında bağlanmasını istəməsidir. İndi danışıqlar gedir və dərindən düşünəndə sülh sazişi qaçılmazdır. Məsələ sazişin şərtlərində və tərəflərin onu qəbul etməsindədir. Ona görə əsasən gərginliyin səbəbləri budur”.

Qeyd edək ki, İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi